İntihar edən polis rəisinin yerinə - Təyinat

17:30 | 05.12.2021
İntihar edən polis rəisinin yerinə - Təyinat

İntihar edən polis rəisinin yerinə - Təyinat

Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsinə yeni rəis təyin olunub.

"Qafqazinfo” xəbər verir ki, bu barədə müvafiq əmri Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, vəzifəyə polis mayoru Natiq Teymurov təyinat alıb. O, bu təyinatadək həmin şöbədə baş təhqiqatçı işləyib.

Qeyd edək ki, 4-cü polis şöbəsinin sabiq rəisi Rahib Mirzəyev sentyabr ayında xidməti otağında tabel silahından istifadə etməklə intihar edib. R.Mirzəyevin müavini rəisin intiharından öncə 26-cı Polis Bölməsinə rəis təyin olunub. Bu zaman N.Teymurov müavini əvəz edib. Rəisin intiharından sonra baş təhqiqatçı rəisin vəzifələrini icra edib.
Xatırladaq ki, R.Mirzəyev polis general-mayoru Sahib Mirzəyevin qardaşıdır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM