Belçikanın Liege bölgəsində polisə bir şəxsin intihar edəcəyi barədə məlumat daxil olur. Hadisə yerinə gedən polis əməkdaşları gözlənilməz halla qarşılaşırlar.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, polis özünü öldürmək istəyən vətəndaşı fikrindən daşındırmağa çalışırlar. Bu ərəfədə vətəndaş cibində silah varmış kimi bir neçə dəfə əlini hərəkət etdirir. Vətəndaşın silahlı olduğunu zənn edən polis ona atəş açır. Yaralanan vətəndaş xəstəxanaya çatdırılsa da, vəfat edir.
Axtarış zamanı vətəndaşın cibində heç bir silah olmadığı ortaya çıxır.
Belçika prokurorluğu polislə bağlı araşdırma aparıb və polisin həbs olunmasını vacib sayan bir durum olmadığına dair qərar verib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !