İntihar etmək istəyən şəxs bu hərəkətləri ilə gündəm oldu - VİDEO

13:53 | 22.01.2020
İntihar etmək istəyən şəxs bu hərəkətləri ilə gündəm oldu - VİDEO

İntihar etmək istəyən şəxs bu hərəkətləri ilə gündəm oldu - VİDEO

İntihar etmək üçün körpüyə çıxan kişi üşüdüyü üçün qızınma hərəkətlərinə başlayıb. Bu isə maraqlı görüntülərə səbəb olub. Hadisə Türkiyənin Adana şəhərində qeydə alınıb.

Bu barədə "Haber Global” məlumat verib.

Bildirilir ki, dörd gün əvvəl Seyhan çayı üzərində körpüyə çıxan Əhməd U. polislərlə iki saatlıq danışıqdan sonra körpüdən düşməyə razı olub. 

Lakin həmin şəxs dünən yenidən eyni məqsədlə körpüyə çıxıb. Onu bu vəziyyətdə görən vətəndaşlar polisə xəbər veriblər. Hadisə yerinə polis, xilasedicilər və tibb işçiləri cəlb edilib.

Bundan sonra baş verənlər isə sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Belə ki, Əhməd U. körpünün üstündə üşüməyə başladıqda isinmək üçün yeriməyə başlayıb. Onunla birlikdə danışıq aparan polislərin də hərəkət etməsi maraqlı görüntülərə səbəb olub.Nəhayət, üç saatlıq müzakirələrdən sonra onu yenidən fikrindən daşındırmaq mümkün olub.

Əhməd U. məhkəmənin qərarı ilə Psixiatriya Xəstəxanasına yerləşdirilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb