İntiqam Əliyevin şikayəti təmin edilməyib

14:37 | 21.07.2015
İntiqam Əliyevin şikayəti təmin edilməyib

İntiqam Əliyevin şikayəti təmin edilməyib

 Bu gün Bakı Apellyasiya Məhkəməsində Hüquq Maarifçiliyi Cəmiyyətinin həbsdə olan sədri İntiqam Əliyevin apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb.

Vəkil Cavad Cavadlının APA-ya verdiyi məlumata görə, məhkəmə şikayəti təmin etməyib, birinci instansiya məhkəməsinin hökmü qüvvəsində saxlanılıb.

Qeyd edək ki,  İntiqam Əliyev Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə təqsirli bilinir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İntiqam Əliyev 3 il hər hansı vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan İ. Əliyev apellyasiya şikayəti verib.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM