İnyesta "Atletiko"nu seçdi

18:00 | 30.12.2013
İnyesta "Atletiko"nu seçdi

İnyesta "Atletiko"nu seçdi

"Barselona"nın futbolçusu Andres İnyesta Çempionlar Liqasının 1 /8 finalındaəki rəqibi "Mançester Siti"nin baş məşqçisi Manuel Pelleqrinin cavabını verib.Qol.Az-ın məlumatına görə, təcrübəli mütəxəssis açıqlamasında Kataloniya klubunun onlardan qorxduğunu demişdi.Bu barədə "Marca"ya danışan ispan yarımmüdafiəçi heç kəsdən qorxmadıqlarını bildirib: "Onlardan qorxmuruq.  Düzdür, çox çətin və maraqlı oyun olacaq. Rəqibimiz səviyyəli bir komandadadır. Amma onları məğlub etmək bizim üçün yaxşı təcrübə olacaq".ÇL-in favoritləri haqda danışan A.İnyesta "Atletiko"nu (Madrid) kuboku qazan biləcək komandalar arasında görüb: "Mançester Siti", "Bavariya" və "Atletiko" əsas favoritlərdir".ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM