İordaniya hökuməti İŞİD-dən qisasını belə aldı

10:19 | 04.02.2015
İordaniya hökuməti İŞİD-dən qisasını belə aldı

İordaniya hökuməti İŞİD-dən qisasını belə aldı

İŞİD-in iordaniyalı pilotu yandıraraq edam etməsindən az sonra rəsmi Əmman bu qisasa qisasla cavab verdi.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, İŞİD əlindəki əsirlər müqabilində geri almaq istədiyi kamikadze qadın Sacidə ər-Rişavi də edam olunub.

Bu qadın terror etməkdə günahlandırılaraq 9 ildir həbsdə saxlanılır. Məhkəmənin onun barəsində hökmü edam olub. O, 2005-ci ildə Omanda 57 adamın həyatını itirdiyi terror aktı gerçəkləşdirib.

İordaniya təhlükəsizlik qaynaqlarından alınan məlumata görə, dünən Sacidə Rişavi ilə birikdə İraqdan olan digər bir terrorçu da edam edilib.

Ötən gün axşam saatlarında İŞİD iordaniyalı pilot Muaz əl Kesasibenin dəmir barmaqlıqlar arasında yandırılaraq edam olunmasını göstərən video yayımlamışdı. Pilotun terrorçu qadın qarşılığında buraxılacağı deyilsə də, bu danışıqlar baş tutmamışdı.

Pilotun qəddarcasına edamından sonra İordaniya hökuməti sərt açıqlama vermiş, bu qisasın yerdə qalmayacağını bildirmişdi. Bu açıqlamadan bir neçə saat sonra Rişavi edam olunduğu xəbəri yayıldı.

ANN.Az


0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM