“iOS 8”in son yeniləməsi müvəqəti dayandırılıb

23:27 | 25.09.2014
“iOS 8”in son yeniləməsi müvəqəti dayandırılıb

“iOS 8”in son yeniləməsi müvəqəti dayandırılıb

“Apple” korporasiyası yeni əməliyyat sisteminin quraşdırılmasından sonra mobil qurğularda yaranan problemlə bağlı istehlakçıların narazılığını nəzərə alaraq “iOS 8” platformasının son yeniləməsini müvəqqəti dayandırıb.

 ANN.Az-ın ictnews-a istinadən xəbər verir ki, son yeniləmədən sonra istehlakçılar müxtəlif problemlərdən (mobil rabitənin işindəki nasazlıqlar, tətbiqlərin işləmə sürətinin aşağı olması və s) şikayətləniblər. 

“Apple” nümayəndəsi bildirib ki, bu şikayətləri araşdırır və hələ ki “iOS 8.0.1” yeniləməsini müvəqqəti dayandırır.

 Qeyd edək ki, “iOS 8” əməliyyat sistemi bir həftə əvvəl buraxılıb. 

Eyni zamanda, “Apple” sentyabrın əvvəlində yeni qurğularını (“iPhone 6” və “iPhone 6s”), həmçinin “iWatch” smart saatını, şəxsi ödəmə sistemini təqdim edib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür