“Apple” şirkəti öz mobil əməliyyat sisteminin növbəti versiyasını (7.1.1) təqdim edib. “iOS” platformasının son versiyasını yükləmək üçün “iPhone/iPad/iPod Touch” qurğularında sazlamalara daxil olmaq, "Əsaslar"ı və daha sonra "Proqram təminatının yenilənməsi" punktunu seçmək lazımdır.
“ICTnews” elektron xəbər xidməti “appleinsider.ru” saytına istinadən bildirir ki, yeni versiyada səhvlər aradan qaldırılıb və təhlükəsizlik sistemi təkmilləşdirilib.
Yeniliklər:
1.”Touch ID” işləmə dəqiqliyində yaranan problemlər aradan qaldırılıb.
2.Klaviaturanın həssaslığı artırılıb.
3.”VoiceOver” aktiv olan zaman, “Bluetooth” klaviaturada yaranan problem aradan qaldırılıb.
ANNET.Az
Bizi sosial şəbəkələrdə izləyin !