“iPad”dən imtina edildi

22:40 | 27.03.2014
“iPad”dən imtina edildi

“iPad”dən imtina edildi

Rusiya Rabitə və Kütləvi Kommunikasiyalar naziri Nikolay Nikiforov "Ipad" əvəzinə "Samsung" markalı planşetlərdən istifadə edəcəklərini bildirib

Rusiya hökuməti “iPad”dən istifadə etməməyi qərara alıb.

ANS PRESS-in xəbərinə görə, Rusiya Rabitə və Kütləvi Kommunikasiyalar naziri Nikolay Nikiforov "iPad" əvəzinə "Samsung" markalı planşetlərdən istifadə edəcəklərini bildirib. 

Nikiforovun Rusiya hökumətinin "iPad"dən imtina edərək, "Samsung" seçimi etməsini açıqlaması birmənalı qarşılanmayıb. 

Nikiforov isə öz növbəsində hökumətin bu qərarının Ipad istehsalçısı olan ABŞ şirkəti "Apple"ə qarşı hər hansı bir məhdudiyyət və ya sanksiya tətbiqi kimi başa düşülməməsini istəyib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb