“iPhone 5C” 13 yaşlı qızın cibində partladı - FOTO

09:35 | 03.02.2014
“iPhone 5C” 13 yaşlı qızın cibində partladı - FOTO

“iPhone 5C” 13 yaşlı qızın cibində partladı - FOTO

ABŞ-ın Maine əyalətində 13 yaşlı qız şagirdin “iPhone 5C” markalı smartfonu dərs vaxtı partlayaraq yanıb. ANS PRESS-in xəbərinə görə, hadisənin şahidləri əvvəl partlayış səsi eşidildiyini, sonra isə qızın şalvarının yanmağa başladığını bildirirlər.Yanğın qızın sinif yoldaşları və müəllimin müdaxiləsi ilə dərhal söndürülüb. Buna baxmayaraq zərərçəkmiş 2-ci dərəcəli yanıq xəsarəti alıb. Xəstəxanaya çatdırılan qız ambulator müayinədən sonra evə buraxılıb.Hadisə yerinə və cihaza baxış keçirən yanğınsöndürmə briqadasının əməkdaşı partlayışın qısaqapanma nəticəsində baş verdiyinin güman edildiyini bildirir.“Apple” baş vermiş xoşagəlməz hadisəyə mübnasibət bildirməyib.Qeyd edək ki, bu, “iPhone” smartfonunun ilk partlaması hadisəsi deyil. Analoji hadisə daha əvvəl də dəfələrlə baş verib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM