iPhone 6 artıq satışda - “kitayski”

15:34 | 16.07.2014
iPhone 6 artıq satışda - “kitayski”

iPhone 6 artıq satışda - “kitayski”

ABŞ-ın Apple korporasiyası iPhone smartfonlarının son modeli iPhone 6-nı sentyabrda rəsmən təqdim etməyi planlaşdırır. Lakin bu smartfonlar artıq Çində satılır. Hələ təqdim olunmamış iPhone 6-nın "çinsayağı klonu" ötən həftə Şanxaydakı mobil avadanlıq dükanlarında satışa çıxarılıb.

 

Ekspertlərin dediklərinə görə, bu "klon" əslində Android əməliyyat sistemi ilə işləyən və Çindəki çoxsaylı fabriklərdən birində hazırlanaraq iPhone 6-nın ilkin versiyalarından birinə bənzədilmiş telefondur.

 

"iPhone 6"nın əməliyyat sistemi Android əməliyyat sistemi üçün hesablanmış adi launçer proqramdır. 5,5 düymlük ekranı olan "iPhone 6" 199 yuana, yəni 32 dollara satılır. Saxta iPhone 6 dünən Çinin ən böyük onlayn alış-veriş sistemləri olan ThaoBao və Alibaba-da da satılmağa başlanıb.

Apple korporasiyası sentyabrda iPhone 6 smartfonunun 4,7 və 5,5 düymlük iki versiyasını təqdim edəcək. Smartfonların ilk partiyası Tayvandakı "Quanta Computer"in zavodlarında istehsal olunacaq. (milli.az)

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb