Aparat 4,7 düymlük displeylə təchiz olunub və ölçüləri də nəzərəçarpacaq qədər böyükdür.
İtalyan saytı Macitynet.it artıq üzlük və aksessuarların istehsalçılarının istifadə etdiyi iddia edilən iPhone 6 prototipinin fotolarını paylaşıb. Nəşr, təqdimatı çox güman ki, payızda olacaq qacetin xarici görüntüsünü dəqiq göstərən maketi verib.
Oxu.Az Vesti.ru-ya istinadən xəbər verir ki, fotolarda smartfonun xarici görünüşü Apple qurğusunu xatırladır – məsələn, ekranın altında yerləşən “Home” düyməsi, amma 2013-cü ilin iPhone 5s-dən fərqli cəhətləri çoxdur. Aparat 4,7 düymlük displeylə təchiz olunub və ölçüləri də nəzərəçarpacaq qədər böyükdür, bu isə blok düyməsini yuxarı torsdan korpusun sağ tərəfinə keçirilməsinə səbəb oldu.
Forma da dəyişib. Əgər iPhone 4-dən başlayaraq bütün Apple smartfonlarının yastı kənarları arxa və frontal panellə düzbucaq altında kəsişirdilərsə, indi onlar dairəviləşdirilib. Bunun sayəsində iri korpusu əldə saxlamaq asan olacaq.
Qurğunun anfası adət etdiyimiz kimidir, amma arxa paneldən başqa. Birincisi, kamera korpusdan bir az çıxıntılıdır. Yəqin ki, bu konstruksiya dəyişdirilən linzalar üçün nəzərdə tutulur. İkincisi, iPhone 5s-də istənilən işıqlandırma zamanı təbii rəng ötürməsini təmin edən ikiqat flaş əvəzinə artıq birqat flaş verilib.
Nəhayət, dizayn baxımından arxa qapağın mərkəzini kənarlarla birləşdirən plastikabənzər enli zolaqlar təzadlı görünür. Çox güman ki, onların altında antenalar yerləşir. Keçən il HTC ilk dəfə flaqman HTC One smartfonunda metal korpusa birləşdirilmiş antenaların normal işləməsini təmin etmək üçün analoji addım atmışdı. Apple əvvəllər bu problemi şüşə keçirtmələr və antenaların korpusun metal haşiyəsinə inteqrasiysı yolu ilə həll edirdi.
iPhone 5s və Samsung Galaxsy S5 ilə müqayisə olunan yeni qurğunun fotosu onun ölçüləri və erqonomikası haqqında müəyyən nəticələrə gəlməyə imkan verir. iPhone 6 fotoda flaqman Samsungdan daha yığcam görünür, istifadə də rahatlıqda isə o, dəqiq iPhone 5s və ya Apple smartfonlarının daha əvvəlki modelləri ilə müqayisə edilə bilməz. iPhone 6 prototipi (və ya maketi) iPhone 5s-dən bir qədər nazikdir, bu isə 6,1 mm olan rekord qalınlıq barədə şayiələri təkzib edir.
ANN.Az