"iPhone" 6 və "Samsung" S6-nı bişirdilər

17:50 | 18.04.2015

"iPhone" 6 və "Samsung" S6-nı bişirdilər

Hər iki telefon qaynar suda testdən keçirilib

"iPhone" 6 və "Samsung" S6 arasında müqayisə aparılıb.

ANS PRESS-in məlumatına görə, hər iki telefon qaynar suda testdən keçirilib. Dünyanın ən yaxşı iki telefonunu qazana atılaraq bişiriblər. 

Hər iki telefonda saniyə ölçən qoşulub və daha sonra test başlayıb. Nəticə əldə etmək üçün uzun müddət gözləməyə ehtiyac qalmayıb. Çünki 10 saniyədən sonra "iPhone" sıradan çıxıb və ekranı qaralıb. 

"Samsung" isə qaynar suda demək olar ki, bir dəqiqəyə yaxın qalıb. 55 saniyədən sonra telefonun menyusunda tempraturun həddən artıq yüksəldiyi mesajı yazılıb. 

Sonda "iPhone"nun kədərli taleyi "Samsung" S6-nın da başına gəlib. Bu testdən "Samsung" S6 üzü ağ çıxıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM