Barselonada keçirilən "Mobile World Congress”də
çoxdan gözlənilən təqdimatlardan biri - Samsung Galaxy S6 flaqman telefonunun
nümayişi baş tutub. "iPhone 6”nın yeni rəqibi olacaq "Galaxy S6”nın satışı
aprel ayının 10-a planlaşdırılıb. Bu smartfonda ən son mobil texnologiyalardan
istifadə olunub.
Telefonun ölçüsü 143×71×6,8mm, çəkisi 138 qramdır. Korpusunda
bütövlüklə alüminiumdan istifadə olunub, üz hissəsini isə Gorilla Glass 4
qoruyur. 5.1` Super AMOLED tipli ekran kifayət qədər böyükdür və Quad HD
rejimini dəstəkləyir. Galaxy S6 haqqında daha ətraflı təqdimatı "Bakcell”in
rəsmi Facebook səhifəsində Şirkətin dəstəyi ilə Barselonaya ezam olunmuş
bloqerin təqdimatında izləyə bilərsiniz:
https://www.facebook.com/video.php?v=914344321944030
Bizi sosial şəbəkələrdə izləyin !