Apple təchizatçısı yeni modelin təqdimatı öncəsi ödənişləri artırıb. Bu barədə BBC məlumat yayıb.
Məlumata görə, yeni modelin təqdimatı ərəfəsində
dünyanın ən böyük iPhone fabrikinə daha çox işçi cəlb etmək səylərini gücləndirib.
Çinin Zhengzhou şəhərindəki zavodunda yeni işçilər ən azı 90 gün çalışacaqları
təqdirdə 424 dollar qədər bonuslar əldə edə biləcəklər.
Zhengzhou
zavodunda iPhone 14 Pro və Pro Max daxil olmaqla Apple cihazlarını istehsal edən
200.000-dən çox insan çalışır.
iPhone 15-in sentyabrda təqdim
ediləcəyi gözlənilir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !