iPhone və iPad kabelsiz enerji yığa biləcək

19:21 | 06.12.2013
iPhone və iPad kabelsiz enerji yığa biləcək

iPhone və iPad kabelsiz enerji yığa biləcək

Apple yeni patentlə birlikdə öz kabelsiz enerji texnologiyasını inkişaf etdirir

İstehsal olunduğu gündən kütləvi sevgi qazanan iPhone və iPad bundan sonra kabelsiz enerji yığa biləcək. 

ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, Applenin qazandığı yeni bir patent, kabellərə ehtiyac duymadan, maqnetik rezonans yolu ilə yaxındakı bir cihazdan enerji yığa bilir. 

Apple bu patentlə birlikdə öz kabelsiz enerji texnologiyasını inkişaf etdirir. Bu mümkün olsa, artıq sabit bir nöqtədən kabellərlə məşğul olmadan telefonu enerji pad-inə qoyaraq batareyanı doldura bilərik. Apple-nin əsl hədəfi eyni anda bir çox cihazı bir qaynaqdan enerji ilə doldura bilməkdir. Apple-nin inqilab yaradacaq patentini nə vaxt dövrəyə qoyacağı isə hələlik məlum deyil.

ANSPRESS

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti