“iPhone” və “iPad”da yeniliklər olacaq

21:30 | 07.04.2014
“iPhone” və “iPad”da yeniliklər olacaq

“iPhone” və “iPad”da yeniliklər olacaq

“ICTnews” xəbər xidmətinin  “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, bazarda bir sıra keyfiyyətli obyektivin olmasına baxmayaraq onların heç biri smartfonlara uyğun gəlmirdi, buna görə də istehsalçılar işığa həssas matrisaların dərəcəsini artırırlar, lakin balaca obyektiv bütün bu cəhdlərin hamısını neqativə çevirir.

Şəkillərin keyfiyyətini yaxşılaşdırmaq üçün smartfonlara daha iri obyektivlər tətbiq etmək lazımdır, lakin bunu qurğuların kompakt korpusunda etmək mümkün deyil.

“Apple” bu problemi aradan qaldırmaq üçün Amerikanın patent bürosuna  yeni montaj sisteminin yaradılmasını sifariş edib. Patent sifarişində, qurğunun formasını dəyişdirməyən və estetik görünüşünə ziyan vurmayan bərkitmə sistemi təsvir edilir.

 

“Apple” müvafiq olaraq telefonda və linzada yerləşdirilmiş bir sıra kiçik süngülüləri bərkitməyə əsaslanan mexanizm təklif edir.

 

Sifarişdə bildirilib ki, bu cür bərkitmə tipi yetərincə möhkəmdir ki, smartfonun və obyektivin hətta yerə düşdüyü halda zədələnməsinə  yol vermir.

Ehtimal edilir ki, “Apple” smartfonun korpusunu dəyişməli olacaq, çünki hətta etibarlı bərkitmə sistemində smartfonun ağırlıq mərkəzi obyektiv olan tərəfə keçəcək və bu cür hibrid qurğunu tutmaq narahat olacaq. Digər tərəfdən, şirkət tam hibrid qurğunu  patentləşdirmir, o, yalnız qurğunun bərkitmə hissəsini patentləşdirir.

 

Bu həftə “Apple”, planşetlə sensor işbirliyinin qeydiyyatını təsvir edən daha bir patent  sifarişi edib. Yeni həll “iPad”a yeni konstruktiv infraqırmızı ötürücülər sayəsində, hətta cüzi toxunmaları fiksə etməyə imkan verəcək.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM