ANS PRESS-in məlumatına görə, şirkət ABŞ Beynəlxalq Ticarət Komissiyasına (ITC) müraciət edərək ondan "Apple” məhsullarının ABŞ bazarında satışının qadağan olunmasını tələb edib. Bu barədə "ICTnews" elektron xəbər xidməti bildirir.
Ümumilikdə İsveç şirkəti ABŞ istehsalçısını mobil qurğularda ona məxsus simsiz rabitə üzrə əsas texnologiyalara, eləcə də informasiyanın mobil qurğunun ekranında göstərilməsi, enerji sərfiyyatının azaldılması və mobil əməliyyat sisteminin iş prinsipi üsullarına aid 41 patentin pozulmasında təqsirli bilir.
Mübahisə predmeti olan simsiz rabitə texnologiyaları "2G” və "4G” (LTE) şəbəkələri ilə əlaqədardır. Bu halda yalnız bir patent hüququ "Standard-Essential Patent” (SEP) tipinə aiddir. Belə patentlər istifadəsi texniki standartlara əməl etmək üçün lazım olan texnologiyaları əhatə edir.
"Ericsson” iddianı "Apple”ın qeyd olunan texnologiyaların lisenziyalaşdırılması üçün 2015-ci ilin yanvarın sonunda başa çatmış sazişin müddətini uzatmaqdan imtina etdikdən sonra qaldırıb.
"Ericsson” nümayəndələri "iPhone” və "iPad” istehsalçısı tərəfindən patentlər üçün ödənilən məbləğ barədə məlumat verməsələr də, sazişin uzadılması ilə bağlı danışıqların iki il davam etməsini qeyd ediblər.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !