İpoteka almaq sədələşdirildi - ŞAD XƏBƏR

20:40 | 30.01.2015
İpoteka almaq sədələşdirildi - ŞAD XƏBƏR

İpoteka almaq sədələşdirildi - ŞAD XƏBƏR

İpoteka Fondu "Elektron İpoteka Sistemi"nin (EİS)  tətbiqini uğurla başa catdırıb. Sistem ipoteka bazar iştirakçılarının istifadəsinə verilib.
 
Fonddan bu barədə Publika.az-a bildirilib ki, sistemin tətbiqi ipoteka bazar iştirakçılarına - Müvəkkil Kredit Təşkilatlarına (MKT),  Sığorta  və Qiymətləndirici şirkətlərə bütün texniki prosedurları real vaxt rejimində (onlayn),  həyata keçirilməyə imkan verir. Bu da öz növbəsində, kreditləşmə prosesinin surətlənməsini və sistemin səmərəli fəaliyyətini təmin edir.
 
Bununla yanaşı, 02 fevral 2015-ci il tarixdən etibarən  EİS  sisteminin davamı olan "Elektron İpoteka Portalı" real vaxt rejimində əhalinin tam istifadəsinə veriləcəkdir.  Belə ki, bundan   sonra ipoteka kreditindən yararlanmaq istəyən hər bir şəxs  birbaşa olaraq   internet vasitəsi ilə real vaxt rejimində (onlayn) portalın veb səhifəsinə  www.e-ipoteka.az  daxil  olub müvafiq qaydada ipoteka kreditinin alınması üçün müraciət etməlidir. Müraciət etmək üçün ilkin mərhələdə qeydiyyatdan keçərkən, hər bir şəxs özünə dair bütün zəruri məlumatları daxil edərək, ümumilikdə qiymətləndirilir. Eyni zamanda ipoteka kreditindən yararlanmaq istəyən hər bir şəxs  müvəkkil kredit təşkilatlarının  ipoteka kreditləri üzrə təklif etdiyi şərtlərə diqqət yetirməli, onları təhlil etdikdən sonra, yekun olaraq  müraciətini  təsdiqləməlidir.
 
İpoteka kreditləri üzrə müraciətlərin real vaxt rejimində (onlayn), aparılması ipoteka kreditindən yararlanmaq istəyən hər bir şəxsə  geniş imkanlar yaratmaqla yanaşı, əhalinin rahatlığının təmin olunmasına, vaxt itkisinin qarşısının alınmasına, ipoteka kreditləşməsi sahəsində şəffaflığının daha da artırılmasına və eləcə də  Fondun nəzarət mexanizminin gücləndirilməsinə xidmət edəcək.
 
 
 
ANN.Az
 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM