Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu (AIKZF) cümə axşamı 40 milyon manatlıq istiqraz yerləşdirib. Bu barədə Bakı Fond Birjası məlumat verib.
Hərraca çıxarılan istiqrazların həcmi - 40 milyon manat, bir qiymətli kağızın nominal dəyəri 1000 manat olub.
İstiqrazların ödəmə müddəti 8 640 gün, ödəmə tarixi 9 noyabr 2047-ci ildir.
Kupon dərəcəsi illik 3% təşkil edir. Kupon ödənişləri hər 180 gündən bir həyata keçiriləcək.
İstiqrazların yerləşdirilməsinin anderrayteri Unicapital investisiya şirkəti olub.
AIKZF 2021-2023-cü illərdə kommersiya (standart) şərtlərlə ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün daxili bazarda istiqrazlar yerləşdirməklə 1 milyard 180 milyon manat cəlb edib.
Azərbaycan Prezidenti İlham Əliyev 2017-ci il dekabrın 26-da "Azərbaycan İpoteka Fondu” ASC-nin ləğvi və Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun (AİKGF) yaradılması haqqında fərman imzalayıb.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !