İpoteka Fondunun aktivləri artıb

16:20 | 29.08.2017
İpoteka Fondunun aktivləri artıb

İpoteka Fondunun aktivləri artıb

"Azərbaycan İpoteka Fondu" ASC-nin aktivləri 2017-ci ilin əvvəlindən 14,04%, illik müqayisədə isə 19,51% artaraq, cari il iyulun 1-nə 790412787 manata çatıb. Aktivlərin 74,59%-i və ya 589577151 manatı ipoteka kreditləri, 7,52%-i və ya 59460329 manatı banklarda yerləşdirilmiş depozitlər, 15,25%-i və ya 120508340 manatı ödəniş tarixinədək saxlanılan investisiyaların payına düşür.

anews.az xəbər verir ki, Report bu barədə Azərbaycan İpoteka Fonduna istinadən məlumat yayıb. 

Qeyd olunur ki, fondun cəmi öhdəlikləri ilin əvvəlindən və illik müqayisədə hər iki halda 19,02% artaraq 409301836 manata yüksəlib. Nizamnamə kapitalı 6,78% artaraq 365927110 manat təşkil edib. Cari il iyulun 1-nə bölüşdürülməmiş mənfəət 7053987 manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 7,76% çox, əvvəlki ilin eyni dövrü ilə müqayisədə isə 3,6 dəfə azdır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM