İpoteka ilə bağlı yenilik

11:00 | 12.10.2017
İpoteka ilə bağlı yenilik

İpoteka ilə bağlı yenilik

Baş nazir Artur Rasizadə ipoteka kreditləri ilə bağlı yeni qaydaları təsdiq edib.

Anews.az xəbər ki, "Nəzarət zərfi dövlətə məxsus banklar tərəfindən öz vəsaitləri hesabına ipoteka kreditlərinin verilməsi Qaydası” yalnız dövlətin payı olan banklara şamil edilir. 

Qaydalar "Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası prezidentinin 2016-cı il 22 iyun tarixli, 940 nömrəli Fərmanının 9.6-cı bəndinin icrasını təmin etmək məqsədilə təsdiq edilib. 

Prezident həmin fərmanla Nazirlər Kabinetinə, nəzarət zərfi dövlətə məxsus banklar tərəfindən öz vəsaitləri hesabına ipoteka kreditlərinin verilməsi qaydasını müəyyən etməyi tapşırmışdı.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM