İpoteka kreditinə 200 milyon manat...

11:25 | 21.11.2015
İpoteka kreditinə 200 milyon manat...

İpoteka kreditinə 200 milyon manat...

"Azərbaycan İpoteka Fondu" ASC ölkədə ipoteka kreditinin genişlənməsi üçün daxili bazardan 200 milyon manat cəlb etməyi planlaşdırır".

Trend-in məlumatına görə, bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov jurnalistlərə bildirib. Bununla yanaşı, nazir qeyd edib ki, dövlət büdcəsindən növbəti ildə ipotekanın maliyyələşdirilməsinə 50 milyon manat ayırılacaq.

200 milyon manat cəlb edilməsi vaxtını nazir dəqiq söyləməyib. Daxili bazardan vasitələrin cəlb edilməsi Azərbaycan ipoteka fondunun yenidən təşkil edilməsindən sonra mümkün olub.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM