İpoteka və Kredit Zəmanət Fondunun ayırdığı kreditlərin həcmi artıb

13:46 | 23.07.2024
İpoteka və Kredit Zəmanət Fondunun ayırdığı kreditlərin həcmi artıb

İpoteka və Kredit Zəmanət Fondunun ayırdığı kreditlərin həcmi artıb

2024-cü ilin ilk altı ayında  İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə verilən kreditlərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 5,5% artaraq 30,3 milyon manat  təşkil edib. Bu  barədə Azərbaycan  Mərkəzi Bankı xəbər verib. 

Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 7,8 % azalıb və  195,2 milyon manat olub.

Son 1 ərzində  İKZF cəlb etdiyi vəsaitlərin məbləği 2,1 dəfə artaraq 300 milyon manat təşkil edib. 
 
İKZF-ə 2024-cü ildə  dövlət büdcəsindən 43,8 milyon manat vəsait ayrılıb.
 
N.Təbrizli


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM