İpotekanın həcmini 10 dəfə artırmaq lazımdır - Ekspert

15:49 | 15.08.2014
İpotekanın həcmini 10 dəfə artırmaq lazımdır - Ekspert

İpotekanın həcmini 10 dəfə artırmaq lazımdır - Ekspert

Qonşu Türkiyədə təklif edilən ipotekanın həcmi ÜDM-in 10%-dir. Azərbaycanda bu göstərici daha aşağıdır.Oxu.Az “Exo” qəzetinə istinadən xəbər verir ki, bu barədə “İqtisadi təşəbbüslərə dəstək” İctimai Birliyinin eksperti Samir Əliyev bəyan edib.Xatırladaq ki, Azərbaycan İpoteka Fondunun saytda yerləşdirdiyi məlumata müvafiq olaraq, cari ilin ikinci rübündə ipotekanın maliyyələşdirilməsi 487,461 milyon manatdan ibarət olub. Ümumilikdə isə bu dövrdə 15031  ipoteka vahidi verilib. Nəzərə alsaq ki, 2013-cü ildə Azərbaycanda ÜDM 57,7 milyard manatdan ibarət olub, o zaman verilən  ÜDM həcmi yalnız 84%-i təşkil edir.Samir Əliyev bildirib ki, verilən ipotekanın həcminə həm də kommersiya bankları tərəfindən verilən ipotekanı əlavə etmək lazımdır.“Amma problem ondadır ki, bu ipotekanın şərtləri çox ağırdır. Kommersiya bankları ipotekanı məhdud vaxt ərzində və yüksək faizlərlə təklif edirlər. Bununla əlaqədar olaraq çoxu kommersiya banklarından ipoteka götürməyə razılaşmır”.Dövlət ipotekasına gəldikdə isə, ekspert qeyd edib ki, ildə təxminən 2,5 min insan bundan yararlanır.“Bizim təxmini hesablamalarımız və müşahidələrimiz göstərir ki, ipoteka üçün illik olaraq 30-40 mindən ibarət tələbat yaranır. Şəxsi mənzili olmayan ailələr qurulur. Qurulan ailələrin ən azı yarı hissəsinin evə ehtiyacı var. Bunun fonunda ildə 2,5 min ipoteka çox aşağı rəqəmdir”.Bununla əlaqədar olaraq ekspert ipotekanın məbləğinin artırılmasını labüd hesab edir.“İndiki şəraitdə verilən ipotekanın həcmini ÜDM-nin 10%-i, yəni 5-6 milyard artırmaq olar. Dövlətin buna imkanı var. Bunu dövlət büdcəsindən ayrılan vəsait hesabına etmək olar. Nəzərə almaq lazımdır ki, istənilən halda ayrılan vəsait ipoteka fondunun büdcəsinə qaytarılacaq və sonra yenidən ipotekanın maliyyələşdirilməsinə istiqamətlənəcək”.Amma belə böyük məbləği ayırmaq üçün, ipotekanın verilmə şərtlərini yüngülləşdirmək lazımdır. Bundan başqa ekspertin fikrincə, belə artımı təmin etmək üçün mütləq imtiyazlı şərtlər əsasında evlər tikmək lazımdır.“Məlum olduğu kimi Azərbaycanda 2006-cı ildən ipotekanın verilməsi dayandırılıb. Bu, verilən ipotekanın evlərin qiymətinin kəskin artmasına səbəb olacağından irəli gəlmişdi. Baxmayaraq ki, bu illərdə ölkədə çox sayda ev tikilirdi. İndiki halda bir neçə milyardlıq summar dəyərli ipoteka qiymətləri yüksəldə bilər”.S.Əliyev hesab edir ki, ipoteka kreditinin artırılması müsbət dəyişikliklərə gətirib çıxara bilər.“Birincisi, Azərbaycanda çox sayda evlər tikilir, amma tələbat olmadığı üçün realizə edilə bilmir. Axşamlar yeni göydələnlərin yalnız bəzi mənzillərində işığın yandığını görürük. Bununla yanaşı, ipoteka tikintinin artmasına və öz növbəsində yeni iş yerlərinin açılmasına gətirib çıxaracaq. Və nəhayət, ipoteka gənc ailələri mənzillə təmin etməyə yardım edəcək”, - ekspert yekunlaşdırıb.   ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM