İqlimin maliyyələşdirilməsi əsas prioritetimizdir - Muxtar Babayev

13:12 | 17.07.2024
İqlimin maliyyələşdirilməsi əsas prioritetimizdir - Muxtar Babayev

İqlimin maliyyələşdirilməsi əsas prioritetimizdir - Muxtar Babayev

Beynəlxalq şəraitdə artan geosiyasi gərginlik və qeyri-müəyyənlik bizi iqlim dəyişikliyi ilə bağlı əməkdaşlıq və onun həlli imperativindən yayındırmamalıdır.

Bu barədə COP29-un prezidenti Muxtar Babayevin COP iştirakçılarına ünvanladığı məktubda deyilir.

Beynəlxalq ictimaiyyətə ünvanlanan bu məktub illik iqlim sammitinin planlarını və gözləntilərini əks etdirir.

Muxtar Babayev qeyd edib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Paris sazişi və iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal fəaliyyət üçün lakmus kağızı olacaq.

COP29-un prezidenti əsas prinsipləri vurğulayıb, yeni iqlim hədəflərinin ambisiyalarını artırmaq üçün nəzərdə tutulan fəaliyyətlərdən bəhs edib: "COP29 sədrliyi üzrə məsləhətləşmələrimiz ərzində biz iki paralel bəndə əsaslanan baxışımızı təqdim etdik. Ambisiyaların artırılması və fəaliyyət üçün şəraitin yaradılması, eləcə də iqlimin maliyyələşdirilməsi bizim əsas prioritetimizdir. Bu bəndlər bir-birini gücləndirir. Əsas mandatların və fəaliyyətlərin uğurla həyata keçirilməsi etimadın, həmrəyliyin və impulsun möhkəmləndirilməsi üçün böyük əhəmiyyət kəsb edəcək”,- məlumatda deyilir. 

Bununla yanaşı, COP29 sədrliyinin tərəflərlə fəal əməkdaşlığı davam etdirəcəyi qeyd olunub və qarşıdan gələn sessiyanın uğurla keçəcəyinə ümidlər də ifadə edilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti