İqtidar və müxalifət görüşü nəticəsiz oldu - Moskvada

12:55 | 10.04.2015
İqtidar və müxalifət görüşü nəticəsiz oldu - Moskvada

İqtidar və müxalifət görüşü nəticəsiz oldu - Moskvada

Moskvada təşkil olunan Suriya hökumət nümayəndələri ilə müxalif qrupları arasında görüş hər hansı nəticə əldə olunmadan sona çatıb.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Suriyada fəaliyyət göstərən Demokratik Dəyişiklik üçün Beynəlxalq Koordinasiya Təşkilatı rəhbəri Həsən Abdul-Əzim mətbuat konfransında görüşlərin pis nəticələnməsinin səbəbləri haqqında danışıb. Onun sözlərinə görə, Əsəd rejiminin nümayəndələrinin vəziyyətin yaxılaşdırılması istiqamətində lazım olan inam ortamının yaradılması üçün təklifləri qəbul etməməsi, bu kimi məsələlərin müzakirə olunmasını istəməməsi səbəbilə görüş baş tutmayıb. 

Beynəlxalq Çağırış Platformunun başqanı Semir El-Ayta Suriyanın BMT təmsilçisi Beşşar el-Caferinin görüş zamanı kobudluq etdiyini, moderatorun sözünü kəsdiyini, müxalifətin təkliflərinə fikir vermədiyini, sadəcə terrorla mübarizə mövzusunda danıçmaq istədiyini dilə gətirib. 

Görüşə qatılan hər iki tərəf daha əvvəllər 10 məsələdə ortaq bir mətn hazırlamışdı. Mətn "Cenevrə-1 konfransının təməl prinsiplərini - Suriya böhranından danışıqlar yolu ilə çıxmaq, beynəlxalq təminat, Suriyanın torpaq və xalq olaraq birliyinin qorunması, Suriya xalqına qarşı tətbiq olunan sanksiyaların aradan qaldırılmasını özündə birləşdirirdi. 

Müxalifət mətnin imzalanması üçün təhlükəsizliklə bağlı şərt irəli sürmüşdü, amma iqtidar nümayəndələrinin bu şərti qəbul etməməsi danışıqlar prosesinin mənfi nəticələnməsi ilə bitib.

Moskvada bazar ertəsi 22 nəfərin qatıldığı Suriyalı müxalifət heyəti öz aralarında iclas keçirmiş, ortaq mətn hazırlamış, dünən isə iqtidar nümayəndələri ilə bir araya gəlmişdilər. 



www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti