• $
  • €
  • ₽
  • ₺
  • £

İqtisadiyyat Nazirliyi xidmətlərinin 3/4-nü elektronlaşdırıb

İqtisadiyyat Nazirliyi xidmətlərinin 3/4-nü elektronlaşdırıb
25.05.2023 11:54
İqtisadiyyat Nazirliyinin fəaliyyət istiqamətləri üzrə vətəndaşlara, o cümlədən sahibkarlara 259 xidmət göstərilir ki, bunun da 193-ü elektronlaşdırılıb.

Bu barədə nazirlikdən məlumat verilib. 


Məlumata görə, göstərilən xidmətlərdə elektron xidmətlərin xüsusi çəkisi ötən ilin müvafiq dövrü ilə 2,9 faiz bəndi yüksələrək 74,5%-ə çatıb.


"Dövlət orqanlarının elektron xidmətləri geniş tətbiq etməsi, onların sayını və keyfiyyətini artırması operativliyi və vətəndaş məmnunluğunu təmin etmək baxımından böyük önəm kəsb edir. Bu baxımdan, İqtisadiyyat Nazirliyinin xidmətlərinin elektronlaşdırılması, səmərəliliyinin artırılması, informasiya sistemləri arasında məlumat mübadiləsinin avtomatlaşdırılması istiqamətində işlər ardıcıl olaraq davam etdirilir. Sahibkarlar elektron xidmətlərdən istifadə edib zəruri iqtisadi-hüquqi informasiya əldə edə və sahibkarlıq fəaliyyəti ilə bağlı hüquq müəyyən edən bəzi sənədləri (lisenziyalar, mənşə sertifikatı, kommersiya qurumlarına və publik hüquqi şəxslərə münasibətdə qrant müqavilələrinin (qərarlarının) qeydə alınmasına dair bildiriş və s.) almaq üçün müraciət edə bilərlər. Nazirliyin göstərdiyi elektron xidmətlənə www.economy.gov.az, www.lisenziya.gov.az internet səhifələri, nazirliyin strukturuna daxil olan və tabeliyindəki qurumların internet səhifələrində yaradılmış elektron xidmət bölmələri vasitəsilə müraciət etmək mümkündür.


Elektron xidmətlər bölməsinə müraciət edən şəxslər müvafiq ərizə formalarını sistemdən yükləyə və tələb olunan sənədlərin skan edilmiş surətlərini daxil edə bilərlər. Bu zaman müraciət edən şəxsə təsdiq bildirişi göndərilir. Daxil olan elektron müraciətlərə qanunvericilikdə müəyyən edilmiş qaydada baxılır, tələb olunduğu halda müvafiq dövlət rüsumu və xidmət haqlarının elektron qaydada ödənişi imkanı təmin edilir.


Beləliklə, Nazirliyin elektron xidmətləri müasir texnoloji imkanlardan istifadə edilməklə ölkə vətəndaşlarına göstərilən xidmətlərin yüksək keyfiyyətdə və operativ təqdim edilməsinə töhfə verir", - deyə məlumatda qeyd olunub.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Cəmiyyət 17:11
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Cəmiyyət 17:09
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Cəmiyyət 16:59
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 15:52
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:40
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Cəmiyyət 14:50
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Cəmiyyət 12:48
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Cəmiyyət 12:30
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol