İqtisadiyyat Nazirliyinin bu səlahiyyəti ləğv edilib

16:09 | 23.09.2021
İqtisadiyyat Nazirliyinin bu səlahiyyəti ləğv edilib

İqtisadiyyat Nazirliyinin bu səlahiyyəti ləğv edilib

Prezident İlham Əliyev "Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 29 yanvar 2019-cu il tarixli fərmanında dəyişiklik edib.

Dövlət başçısının bununla bağlı imzaladığı yeni fərmana əsasən, Abşeron yarımadasındakı göllərin ekoloji vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində işlərin davam etdirilməsi, o cümlədən Böyükşor gölünün reabilitasiyası ilə bağlı icraçı qurumların siyahısından İqtisadiyyat Nazirliyi çıxarılıb.

Siyahıda Ekologiya və Təbii Sərvətlər Nazirliyi, "Azərsu” ASC qalıb.
Nazirlər Kabineti bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb