Ötən gün Amerikanın İrana qarşı sanksiya tətbiq etməsi rəsmi Tehranın ciddi etirazına səbəb olub.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin xarici işlər naziri Cavad Zərif bu sanksiyaları "mənəviyyatsız” və "qeyri-legitim” adlandıb.
Onun sözlərinə görə Amerika özü Yəmən və Fələstində insanların ölümünə bais olanlara silah satır.
Bundan öncə, Amerika İrana ballistik raket sınaqları keçirməkdə yardımçı olan 11 şirkətə və şəxsə - 6 İran vətəndaşına, 1 Çin vətəndaşına, 2 Birləşmiş Ərəb Əmirliyi şirkətinə və 1 Çin şirkətinə qarşı sanksiyalar tətbiq etmişdi.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !