İran ABŞ mallarına qadağa qoyur

18:15 | 06.11.2015
İran ABŞ mallarına qadağa qoyur

İran ABŞ mallarına qadağa qoyur

İran Birləşmiş Ştatlardan istehlakçı mallarının idxalına qadağa qoyub. İranın Ticarət və Sənaye naziri Mohammad Reza Nematzadeh imzaladığı sərəncamda bildirib ki, "Amerikadan istehlak mallarının gətirilməsini dayandırmaq və ölkədə ABŞ-ın mövcudluğunu simvolizə edən məhsulları qadağan etmək lazımdır”.

Bu sərəncam İranın əyalətlərində fəaliyyət göstərən təşkilatların rəhbərlərinə və rəhbər müavinlərinə göndərilib. Anlaşılan odur ki, özəl sektora aid deyil.

Nematzadeh bildirir ki, sərəncam ötən ay İranın ali dini lideri Ayatollah Ali Khamenei-nin prezident Hassan Rohani-yə göndərdiyi məktubla üst-üstə düşür. Məktubda yerli istehsalın artırılmasına çağırış vardı.

İranın sərt xətt tərəfdarları ABŞ-ın İranda nüfuzunun artması barədə xəbərdarlıq edirlər. /Azadliq.org

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM