İran Avropa İttifaqının tətbiq etdiyi son sanksiyalardan sonra Avropa ölkələrinə uçuşları dayandırıb. Bunu Assosiasiyanın direktoru Maksoud Asadi Samani bildirib.
"Ölkəmizdə Avropaya uçan yeganə aviaşirkət İran Air idi və Aİ-nin Iran Air-ə qarşı yeni sanksiyalarını nəzərə alsaq, bundan sonra heç bir İran təyyarəsi Avropaya uçmayacaq", - Samani söyləyib.
Oktyabrın 14-də Aİ İranın Rusiyaya dəstək verdiyi iddiasına görə 7 şəxs və 7 şirkətə qarşı sanksiya tətbiq edib.
Aİ Şurasının bəyanatında deyilir ki, bu vətəndaşlar və təşkilatlar guya Rusiya Federasiyasına pilotsuz təyyarələrin və raketlərin ötürülməsinə kömək ediblər.
Sanksiyalar arasında İranın "İran Air”, "Saha Airlines” və "Mahan Air” aviaşirkətləri, həmçinin İran Müdafiə Nazirliyinin rəis müavini Seyid Qələndəri və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndələri də var.
Aytac
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !