Bu gün günorta saatlarında İran-Azərbaycan sərhədində zəlzələ baş verib.APA-nın Tehran Universiteti Geofizika İnstitutu Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, təbii fəlakətin episentri İranın Şərqi Azərbaycan vilayətinin Aşıqlı kəndinə təsadüf edib. 2.5 bal gücündə olan zəlzələ dekabrın 2-də Bakı vaxtı ilə saat 14:36-da (Tehran vaxtı ilə 14:06-da) yerin 12 km dərinliyində meydana gəlib. Təbii fəlakət Azərbaycanın Ermənistanın işğalı altında olan Zəngilan rayonunda da hiss edilib. Zəlzələ Aşıqlıdan (İran) 20 km, Mincivandan (Azərbaycan) 23 km və Zəngilandan (Azərbaycan) 29 km uzaqlıqda baş verib. Dağıntı və tələfat barədə məlumat yoxdur.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !