İran Azərbaycana və Ermənistana uçuşları bərpa edib. Bu barədə İsna agentliyi məlumat verib.
"Qarabağda hərbi əməliyyatların başlanması ilə bağlı xəbərlər gələndə biz uçuşlara qadağa qoyduq. Bu gün atəşkəs barədə məlumat aldıq, ona görə də bəzi reyslərə icazə verildi", - İranın Mülki Aviasiya Təşkilatının nümayəndəsi bildirib.
Sentyabrın 20-də İran Azərbaycana və Ermənistana uçuşların ləğv olunduğunu açıqlamışdı.
Sentyabrın 19- da Azərbaycan Müdafiə Nazirliyi Qarabağda lokal əməliyyatlara başladığını elan edib. 1 gün sonra isə Qarabağdakı qondarma rejim hakimiyyəti ağ bayraq qaldıraraq Azərbaycana təslim olduğunu açıqlayıb.
Bu gün Yevlaxda qondarma rejimin nümayəndələri ilə Yevlaxda görüş keçirilir.
Gülnar
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !