"Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, A.Seyyid Salehi bildirib ki, ilk növbədə şirkət Azərbaycanda nümayəndəliyini açmağı planlaşdırır.
Zavodun fəaliyyəti barədə məlumat verən A.Seyyid Salehi deyib ki, müəssisədə 3 çeşiddə - ekstraktlar, krem və çaylar - məhsul istehsal edir.
Zavod əsasən, dərman preparatları istehsal edən digər zavodlar üçün ilkin xammal istehsal edir və hazırda zavod ekstraktların istehsalı və satışı sahəsində ölkə bazarının 70 faizini təmin edir. "Biz sifarişdən asılı olaraq bu xammalı hazırlayıb satırıq”.
A.Seyyid Salehi deyib ki, gələcəkdə, istehsal etdiyimiz məhsulları xaricə ixrac etməyi planlaşdırırıq və eyni zamanda da Azərbaycandakı dərman zavodlarına lazımi xammal ilə təmin edə bilərik.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !