İran Azərbaycandan izahat istəyib - YENİLƏNİB

12:48 | 25.11.2013
İran Azərbaycandan izahat istəyib - YENİLƏNİB

İran Azərbaycandan izahat istəyib - YENİLƏNİB

İranın Azərbaycandakı səfirliyi rəsmi Tehranın Bakıya nota göndərməsi məsələsinə aydınlıq gətirib. Səfirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, İran tərəfi Azərbaycana nota göndərməyib: “İran tərəfindən Azərbaycana nota göndərilməyib, sadəcə olaraq, izahat məktubu göndərilib ki, Əhməd Əhmədzadən ölkədən çıxarılma səbəbi göstərilsin”.

Səfirlik həmçinin Mədəniyyət Mərkəzinin Maliyyə şöbəsinin rəisi Əhməd Əhmədzadə Azərbaycandan çıxarılması xəbərini də təsdiqləyib.

ANN.Az

***

10:38

İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin Maliyyə şöbəsinin rəisi Əhməd Əhmədzadə ötən gün təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və ölkədən çıxarılıb.

ANN.Az xəbər verir ki, bu barədə Trend-ə diplomatik mənbələrdən məlumat verilib. Mənbənin məlumatına görə, bununla bağlı İran Azərbaycana nota verib.Hüquq-mühafizə orqanlarından Trend-ə bildirilib ki, Ə.Əhmədzadənin viza problemi olub, ona görə də Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycandan çıxarılıb.Bununla bağlı hələki Dövlət Miqrasiya Xidmətindən məlumat almaq mümkün olmayıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti