Ermənistan və Azərbaycan arasında sərhəddə gərginliyin artması ilə bağlı narahatlığını ifadə edən Kənani münaqişələrin sülh yolu ilə həllinə çağırıb.
İran sözçüsü dialoq və diplomatiyanı regionda davamlı sülhün təmin edilməsinin yeganə yolu kimi qiymətləndirərək, Bakı ilə İrəvan arasında sülh sazişinin həyata keçirilməsinin sürətləndirilməsinin vacibliyini vurğulayıb.
Bundan əvvəl Rusiya və Avropa Şurası yaranmış gərginlik fonunda iki ölkəni təmkinli olmağa çağırıb.
Bir gün əvvəl Dövlət Sərhəd Xidmətinin əməkdaşı Zəngilan istiqamətində Ermənistan Silahı Qüvvələrinin atəşə tutması nəticəsində yaralanıb. Daha sonra hər iki ölkənin sərhəd bölgəsində vəziyyətin gərginləşməsi baş verib. Ermənistan Müdafiə Nazirliyi 4 hərbçisinin öldüyünü açıqlayıb. Azərbaycan Müdafiə Nazirliyi Tovuz istiqamətində Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulmasını təsdiq edib.
2023-cü ilin payızında keçirilən antiterror əməliyyatından sonra bu Qarabağ regionunda tərəflər arasında yaşanan ilk gərginlikdir.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !