İran BMT-dəki elçisinə viza verilməməsinə görə ABŞ-ı məhkəməyə vermək niyyətindədir. Trend İRNA agentliyinə istinadən xəbər verir ki, bu barədə İran XİN-in rəsmi nümayəndəsi Mərziyə Əfxəm bildirib.
Onun sözlərinə görə, ABŞ-ın hərəkətləri beynəlxalq hüququ pozur, həmçinin BMT və ABŞ arasında sazişə zidd olaraq gedir.
ABŞ hakimiyyəti hesab edir ki, Əbutalebi 1979-cu ildə Amerikanın İrandakı səfirliyində girovların saxlanılmasında iştirak edib, bundan sonra Vaşinqton Tehranla diplomatik əlaqələri kəsib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !