İran BMT-dən yardım istəyib

10:02 | 31.01.2023
İran BMT-dən yardım istəyib

İran BMT-dən yardım istəyib

İran Xoy şəhərində baş verən zəlzələdən sonra BMT-dən kömək istədi. Bunu BMT-nin baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarik deyib.
 
O bildirib ki, təşkilat ölkəyə dəstək göstərmə hazırdır. 

"Dəymiş ziyanın qiymətləndirilməsi ilə bağlı işlər davam edir. İran Xarici İşlər Nazirliyi BMT-dən kömək istəyib. Biz səyləri dəstəkləməyə hazırıq. İran hökuməti və zərər çəkmiş ailələrə başsağlığı veririk", - Stefan bildirib. 

Belçikanın xarici işlər naziri Hadja Lahbib də ölkənin şimal-qərbindəki Xoy şəhərində baş vermiş son zəlzələdən zərər çəkmiş İran vətəndaşlarına yardım göstərməyə hazır olduğunu bildirib.

Yanvarın 28-də İranın şimal-qərbində 5,9 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri 175 min insanın yaşadığı Xoy şəhərindən 23 km cənub-şərqdə yerləşib. Qərbi Azərbaycan əyalətinin qubernatoru Məhəmməd Sadiq Motamediyanın sözlərinə görə, qurbanların sayı 1167 nəfərə çatıb.

İran Qızıl Aypara Cəmiyyətinin baş katibi Yaqub Süleymaninin sözlərinə görə, qurbanlara 7 minə yaxın çadır paylanıb, 30 müvəqqəti yaşayış düşərgəsi yaradılıb, onlara ədyal, qızdırıcılar, ərzaq paketləri verilib.
 
Gülnar 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb