İranın Ali Məhkəməsi ABŞ prezidenti Donald Trampın "İnterpol” xətti ilə beynəlxalq axtarışa verilməsini istəyib.
"Report” İran KİV-inə istinadən xəbər verir ki, bunu Tehran prokuroru Əli Mehr bildirib.
O qeyd edib ki, D.Tramp İran İnqilab Keşikçiləri Qvardiyasının "Qüds” qanadının komandanı Qasım Süleymaninin ölümündə günahkarlardan biridir və dövlətlərarası axtarışa verilən şəxslərin siyahısına salınmalıdır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !