İran dövlət rəsmisindən şok açıqlamalar - ABŞ-la gizli danışıqlar

19:07 | 23.09.2014
İran dövlət rəsmisindən şok açıqlamalar - ABŞ-la gizli danışıqlar

İran dövlət rəsmisindən şok açıqlamalar - ABŞ-la gizli danışıqlar

İran prezidentinin siyasi məsələlər üzrə müşaviri Həmid Əbutalib yaxın keçmişdə 2 il ABŞ-la gizlin görüşlərin keçirildiyini açıqlayıb. O, bu hadisənin sabiq prezident  Əhmədinejadın dövründə olduğunu vurğulayıb.

Əbutalibin sözlərinə görə, bundan əvvəlki hökumət görüşmələri gizli həyata keçirib: "Amma prezident Ruhani bu görüşmələri şəffarlaşdırınca, bunu duyanlar təəccübləndilər və etiraz etməyə başladılar".ANN.Az türk mediasına istinadən xəbər verir ki, belə bir açıqlamanı Əbutalib rəsmi "twitter" hesabından yayıb. Əlavə olaraq o, BMT-nin Nyu Yorkda keçiriləcək sammitin toplantısına qatılacaq prezident Ruhaninin görüşlərini həyəcanla izləyənlərə də belə xitab edib: "Strateji araşdırmalar mərkəzində illərlə yüksək səviyyəli iclaslara qatılmışam. Bu toplantılarda həmişə xarici siyasətlə bağlı izlənilməsi lazım olan iki metodla bağlı mübahisələr edib: "Qarşıdurma" və "qurucu əməkdaşlıq". İran xalqı sonuncu seçkilərdə Ruhanini dəstəkləyərək "qurucu əməkdaşlığa", "iqtisadiyyatın dirçəlməsi"nə, "əxlaq yüksəkliyi"nə səs verib".XXI əsrin İranı ilə XX əsrin İranı arasında fərqlərin olduğunu ifadə edən Əbutalib "Xarici siyasətdə milli təhlükəsizlik və mənfəətlər əsasdır. Mənfəətimiz üçün hərə bir addım atılmalıdır" - deyə fikrini əsaslandırıb.Ötən günlərdə Ruhani hökumətinə qarşı olan radikal müxalifət prezidentin azadlıqların genişləndirilməsi siyasətini və "5+1" ölkələriylə müzakirələri tənqid etmiş, bunu İran dövləti üçün təhlükə hesab etmişdilər.ANN.Az 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM