İran əhalisi xüsusi 111 saylı telefon xətti vasitəsilə Prezident Həsən Ruhani ilə birbaşa əlaqə saxlaya biləcəklər. Bu barədə Trend IRNA agentliyinə istinadən xəbər verir.
Məlumata əsasən, əhali 111 saylı telefon vasitəsilə əlaqə saxlamaqla problemlərini söyləyəcək və problemlərinin həlli istiqamətində görülən işlərlə bağlı cavab ala biləcəklər.
İranın bütün bölgələrindən həmin telefon nömrəsinə zəng etmək mümkündür.
Trend
Bizi sosial şəbəkələrdə izləyin !