İran Ermənistanı Fars körfəzinə çıxarır

17:21 | 20.06.2015
İran Ermənistanı Fars körfəzinə çıxarır

İran Ermənistanı Fars körfəzinə çıxarır

Ermənistanla İran arasında dəmir yolu çəkiləcək. Bu bəzi rəsmi şəxslərin bəyanatlarından da hiss olunur. Layihənin reallaşdırılmasında indi əsas məqsəd geosiyasi maraqlardır. Ermənistan-İran dəmir yolunun tikintisinin bu il başlaması da mümkündür.

Modern.az bildirir ki, bu haqda Rusiyanın "Nezavisimaya qazeta” nəşri yazıb.

Qəzet Ermənistanın İrandakı səfiri Artaşes Tumanyanın "FARS” agentliyinə bəyanatını da misal gətirir. Bəyanatda deyilir: "Tehran Ermənistanla sərhədə 60 kilometrlik dəmir yolu çəkəcək”.

O xatırladıb ki, Şimal-Cənub avtomobil yolunun tikintisi Gürcüstan sərhədindən Ermənistanın Mehri şəhərinə qədər olan hissəsinin çəkilməsi hesabına Ermənistan Qara dəniz vasitəsilə Fars körfəzinə çıxa biləcək. Tumanyanın fikrincə, bu yolun tikintisi Rusiya və Avrasiya İttifaqına üzv ölkələrin də mənafeyinə uyğundur.   

İran-Ermənistan dəmir yolunun uzunluğu 300 kilometr olacaq. Layihənin dəyəri 3,2 milyard dollar dəyərləndirilir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM