İran heç bir sanksiyalara tabe olmayacaq - Xamenei

17:55 | 24.04.2024
İran heç bir sanksiyalara tabe olmayacaq - Xamenei

İran heç bir sanksiyalara tabe olmayacaq - Xamenei

İran tətbiq edilən heç bir sanksiyalara tabe olmayacaq. Bunu İran prezidenti Ayətullah Seyid Əli Xamenei deyib. 
 
"İran heç vaxt ölkəni müstəmləkəçi və təkəbbürlü qaydalara tabe olmağa məcbur edən düşmən sanksiyalarına boyun əyməyəcək. Ölkə heç bir halda sanksiyalara təslim olmayacaq", - o bildirib. 
 
Bundan əvvəl ABŞ İranın iki şirkətinə və dörd vəzifəli şəxsinə qarşı sanksiayalar tətbiq edib. 
 
Sanksiya siyahısına daxil edilməsi ABŞ-dəki aktivlərin dondurulması, Amerika vətəndaşlarına və şirkətlərinə sanksiyalara məruz qalanlarla iş aparmağı qadağan etmək deməkdir.
 
Gülnar 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM