İran hərbi obyektlərə hücum edən pilotsuz təyyarələrin istehsalçısını müəyyənləşdirib

20:16 | 31.01.2023
İran hərbi obyektlərə hücum edən pilotsuz təyyarələrin istehsalçısını müəyyənləşdirib

İran hərbi obyektlərə hücum edən pilotsuz təyyarələrin istehsalçısını müəyyənləşdirib

İran təhlükəsizlik qüvvələri İsfahanda hərbi fabrikə hücum edən pilotsuz təyyarələrin istehsalçısını müəyyən edə bilib, bu barədə yanvarın 31-də İSNA agentliyi məlumat yayıb.

İstehsalçının konkret adı verilmir. Agentliyin İranın Ali Milli Təhlükəsizlik Şurasındakı mənbələrinə görə, onlardan birinin komponentlərinin, xüsusən də gövdə, mühərrik və naviqasiya sisteminin təhlili pilotsuz təyyarələrin mənşəyini müəyyən etmək mümkün olub.

Yanvarın 29-da İsfahandakı sursat fabrikində güclü partlayış baş verib. Şirkətin təhlükəsizlik sözçüsü bildirib ki, heç kim xəsarət almayıb.
 
Aytac

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM