Muzdluların etiraf edirlər ki, saatına 300 tümən pul alıb, insanları döyürlər.
"Ödənilən vəsait elə həmin gün hesabımıza yüklənir. Bu iş üçüb 6 ay təlim almışıq. Biz camaatı döydükləri yerə getmirik. Biz sadəcə motosikletlərlə küçələrə çıxıb insanları qorxutmaq üçün dövrə vururuq",- muzdlu bildirib.
Sosial mediada yayımlanan videolarda 22 yaşlı Məhsa Əmininin polis nəzarətində ölməsindən sonra, sentyabrın ortalarından İranın müxtəlif şəhərlərində etiraz aksiyaları keçirilir.
Yerli mənbələr İranın qərbindəki Sənəndəc şəhərində insanların ali dini rəhbər Ayətulla Əli Xameneyini nəzərdə tutaraq, "Diktatora ölüm" şüarları səsləndirilən nümayişlər barədə məlumat verib.
İranın qərbində kürdlərin məskunlaşdığı əraziləri izləyən Kolbarnews qrupu dekabrın 5-də xəbər verib ki, Sənəndəcdəki mağaza sahibləri ümumi tətilə başlayıb.
Sentyabrın 16-da Əmininin ölümündən sonra ölkə daxilində minlərlə insan ruhani quruma qarşı nümayişlər keçirib.
Aytac
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !