İranda benzin bahalaşması ilə əlaqədar baş verən iğtişaşlar ötən günlə müqayisədə 80%-dən çox səngiyib.
Ə.Rəbiinin sözlərinə görə, bir sıra cüzi məsələlər qalıb və bir-iki günə tam həllini tapacaq:
"Benzinin qiymətinin bahalaşmasından sonra öz məişət durumundan nigaran olan İran vətəndaşları haqlı olaraq dinc etirazlar ediblər. Amma bəziləri bu vəziyyətdən sui-istifadə edərək bankları və yanacaq doldurma məntəqələrini yandırıb, qaz və digər infrastrukturlara ziyan vurublar”.
Rəbii bildirib ki, İran dövləti etiraz haqqını İran xalqının haqqı hesab edir, amma xalqla iğtişaşçılar arasında fərq vardır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !