İran ordusu Hörmüz boğazında hərbi təlimə başlayıb.
Axar.az xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.
Təlimə 9 F-4 təyyarəsinin, 6 Su-22, 4 Tucano və 3 Yak-12 təyyarəsinin cəlb edildiyi bildirib. Ordu ilə bərabər İslam İnqilabı Keşikçilər Korpusunun bölmələri də təlimdə iştirak edirlər.
Qeyd edək ki, təlim dünəndən başlayıb və sentyabrın 27-nə qədər davam edəcək.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !