ANS PRESS-in TASS-a istinadla verdiyi məlumata görə, Bağdad istiqamətinə gedən birinci qaz kəmərinin tikintisi başa çatmaq üzrədir. İraq ərazisində təqribən 7 kilometrlik xəttin inşası qalıb.
İranın Milli Qaz şirkətinin məlumatına görə, ilkin mərhələdə bu xətlə gündəlik 4 milyon kubmetr yanacaq göndəriləcək, sonra, bu, 25 milyon kubmetrə çatdırılacaq. Hər iki boru kəməri ilə ümumilikdə gündə 70 milyon kubmetr həcmdə qazın İraqa ixracı təmin olunacaq.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !