İran İŞİD-i yaradan ölkələrin adlarını açıqladı

16:25 | 15.10.2014
İran İŞİD-i yaradan ölkələrin adlarını açıqladı

İran İŞİD-i yaradan ölkələrin adlarını açıqladı

İranın ali dini lideri, ayətullah Əli Xamneyi İŞİD və Əl-Qaidə terrorçu təşkilatları ilə bağlı sensanion bəyanat verib. ANS PRESS-in məlumatına görə, Əli Xamneyi bu tipli terror təşkilatlarının ABŞ və İngiltərənin qurma oyunu olduğunu bildirib.Əli Xamneyi bildirib ki, ABŞ və müttəfiq ölkələri müsəlman arasında çaxnaşma salır.Qeyd edək ki, ötən ay prostatından əməliyyat keçirən Əli Xamneyi ilk dəfə çıxış edib. Dini lider çıxışı zamanı bildirib ki, ABŞ, İngiltərə və digər müttəfiq ölkələr terror təşkilatları ilə mübarizə aparmır. Əksinə həmin dövlətlər həmin terrorçu təşkilatların silahlanmasına rəvac verir. Onlar müsəlmanlar arasında iğtişaşlar yaradır. Bunun da nəticəsində müsəlmanlar arasında müharibələr və ölümlər səngimir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM